Gəncə təmsilçisi bir üzvü ilə vidalaşıb. Bu haqda 3 may tarixində Azərtac-a istinadən məlumat veririk.
Söhbət qadınlardan ibarət “Gəncə” voleybol klubundan gedir. Komanda formasını geyinən Arina Qotselyuk ilə yollarını ayırıb.
Bildirilir ki, “sarı-göylər” rusiyalı voleybolçu ilə olan müqavilənin müddətini uzatmayıb.
Qeyd edək ki, Qotselyuk "Gəncə" VK-ya ötən ilin sentyabrında keçmişdi. O, hücumçu mövqeyində oynayırdı.