Gəncə təmsilçisinin ilk rəqibi bəlli olub. Bu haqda 24 oktyabr tarixində Voleybol Federasiyasına istinadən məlumat veririk.
Voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkü atılıb. Tədbir Voleybol Mərkəzində təşkil olunub. Burada Federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev iştirak ediblər.
Öncə Püşkatma və çempionat oyunlarının keçirilmə qaydaları barədə məlumat verilib. Daha sonra püşk atılıb.
Nəticələrə əsasən, qadınlardan ibarət voleybol komandamız ilk turda "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq.