Gəncədə bir obyektdə nöqsanlar aşkarlanıb. Bu haqda 6 oktyabr tarixində AQTA-ya istinadən məlumat veririk.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları növbəti reyd keçiriblər. Nəticədə Müseyib Bağırov küçəsində yerləşən "Gəncə" marketdə qayda pozuntuları üzə çıxıb. Burada obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları aşkarlanıb.
Nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.