Gəncədə növbəti vətəndaş qəbulu baş tutub. Bu haqda 10 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Baş prokuror Kamran Əliyev sakinlərlə görüşüb. Qəbula gələn 74 vətəndaşın müraciətlərində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirilib və burada Kamran Əliyev onlara konkret tapşırıqlar verib.