Gəncədə açıq birincilik təşkil olunacaq. Bu haqda 30 may tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi cari həftə keçiriləcək tədbirlərin siyahısını təqdim edib. Cədvələ əsasən, Nizami yurdunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş cüdo üzrə Gəncə İdman Klubunun açıq birinciliyi keçiriləcək. Burada 2012-2015-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.
Birincilik 2 iyun tarixində saat 10:00-da Gəncə İdman Klubunda baş tutacaq.