Gəncədə ötən sutka ərzində daha bir zəhərlənmə faktı qeydə alınıb. Bu haqda Apa.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib. 30 yaşlı G.Əliyeva, onun 6 və 3 yaşlı övladları xəstəxanaya yerləşdiriliblər. Onlara zəhərlənmə diaqnozu qoyulub.
Hər üç xəstəyə tibbi yardım göstərilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.