Gəncədə zavodlardan birinin istehsalatında artım müşahidə olunur. Bu haqda 24 oktyabr tarixində Fed.az-a istinadən məlumat veririk.
Söhbət Gəncə Avtomobil Zavodundan gedir. Müəssisədə bu ilin 9 ayı ərzində yük avtomobilləri və traktor istehsalında ötən ilin müvafiq dövrünə nisbətdə artım qeydə alınıb. 2022-ci ilin müvafiq dövründə istehsal rəqəmi 139 idisə, cari il bu göstərici 239 təşkil edib. Bu da 65 faiz artım deməkdir.
Traktor istehsalı ötən ilin 9 ayı ilə müqayisədə 12 faiz artaraq 533 təşkil edib. Həmçinin cari ildə müxtəlif təyinatlı 147 KAMAZ, 50 kombayn və 23 ədəd KAMAZ şassisi üzərində quraşdırılmış vaxta avtobusu yığılıb.
Mətbuat Xidmətinin rəhbəri vurğulayıb ki, Gəncə Avtomobil Zavodu ilə İtaliyanın SDF qrupu arasında uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi əsasında müəssisədə alman markalı traktorların yığımına başlanıb və indiyədək 8 ədəd müxtəlif modeldə traktorların yığımı həyata keçirilib.