Gəncədə zavodlardan birində təyinat olub. Bu haqda 27 oktyabr tarixində Fed.az-a istinadən məlumat veririk.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru dəyişib. Sözügedən vəzifə Amin Allahverdi oğlu Əliyevə həvalə olunub.
O, təyinatdan qabaq həmin zavodda direktor müavini kimi çalışırdı.
Qeyd edək ki, əvvəl Gəncə Avtomobil Zavodunun direktoru vəzifəsini Bağban Qoca oğlu Nəbiyev icra edib.