Gəncədə güclü külək bir sıra fəsadlar törədib. Bu haqda Gencexeber.az-a 30 mart tarixində məlumat daxil olub.
Gecə saatlarından şəhərdə güclü külək əsməyə başlayıb. Nəticədə 1-ci mikrorayonda, Şəddadilər küçəsində və İmamzadə Ziyarətgahı istiqamətindəki yolda bir neçə iri və ortagövdəli ağaca zərər dəyib. Bir neçə ağac kökündən çıxaraq aşıb.
Həmin ərazilərə MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları cəlb olunublar. Onlar kökündən qopan ağacları hadisə yerindən yığışdırıb, aşma ehtimalı olan bitkiləri bərpa edib, təhlükə yaradan budaqları isə kəsiblər.