top
Fevralın 28-də nadir astronomik hadisə müşahidə olunacaq
11 fevral 2025, 14:20
- ↺ +

Fevralın 28-də nadir astronomik hadisə müşahidə olunacaq

 

Fevralın 28-də ilin ikinci "planetlərin böyük paradı" müşahidə olunacaq.

Gencexeber.az bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcək.

Səmada görünmə ardıcıllığı qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Merkuri, Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.

Günəş batdıqdan dərhal sonra müşahidəyə başlamaq məsləhətdir, çünki bəzi planetlər qərb tərəfdə üfüqə yaxın olduqları üçün tez batırlar. Şəhər işıqlarından uzaq, açıq və təmiz bir səma altında planetləri müşahidə etmək daha yaxşı nəticə verəcək.

"Planetlərin böyük paradı" nadir astronomik hadisədir və hər 20 ildən bir baş verir. "Planetlərin paradı" tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.

Xatırladaq ki, ilin birinci “planetlərin böyük paradı” yanvarın 21-də müşahidə olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
29 sentyabr 2026, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
29 sentyabr 2026, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
29 sentyabr 2026, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
29 sentyabr 2026, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
29 sentyabr 2026, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
29 sentyabr 2026, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
29 sentyabr 2026, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Oxşar xəbərlər