Gəncədə üzgüçülük üzrə yarış keçirilib. Bu haqda 10 iyun tarixində “Kəpəz” televiziyasına istinadən məlumat veririk.
Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Üzməyi öyrənək” adlı layihənin şəhərimiz üzrə növbəti qalibləri bəlli olublar. Birincilik Olimpiya İdman Kompleksində baş tutub. Burada 39 nömrəli məktəbin 50-yə yaxın I-V sinif şagirdləri mübarizə aparıblar. Məktəblilərin müxtəlif üsullarda fərdi yarışlarını Gənclər və İdman naziri Fərid Qayıbov da izləyib.
Sonda nazir yer tutan şagirdləri mükafatlandırıb.
Qeyd edək ki, layihənin bu ilin sonunadək davam edəcəyi bildirilir.