top
“Əyləncəyə vaxt ayıra bilmirəm” – Güləşçi Elnurə Məmmədova ilə ÖZƏL MÜSAHİBƏ
08 mart 2025, 09:02
- ↺ +

“Əyləncəyə vaxt ayıra bilmirəm” – Güləşçi Elnurə Məmmədova ilə ÖZƏL MÜSAHİBƏ

 

8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II Beynəlxalq Konfransında təsis olunub.

Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.

Gencexeber.az-ın əməkdaşı U-23 dünya çempionatının qalibi, güləşçi Elnurə Məmmədova ilə həmsöhbət olub.

Onunla müsahibəni təqdim edirik:

- Elnurə xanım, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz.

- 2002-ci ildə Tovuz rayonunda anadan olmuşam. U-23 Avropa çempionatında II yer, U-23 dünya çempionatında III yerə layiq görülmüşəm.

- Güləşçi kimi karyeranızı necə başladınız? Həmin dövrü necə xatırlayırsınız?

- Uşaqlıqdan bu sahəyə çox həvəsim olub. Güləş yarışlarını daima izləyirdim. Güləşçi olmağı qarşıma hədəf kimi qoydum. Çoxlu əziyyətlərdən sonra buna nail oldum. İdmanı vaxtı-vaxtında edirdim. Həvəslə gələcəyim üçün çalışırdım.

- İdmançı qadın olmağınız sizin üçün hansı çətinlikləri yaratdı?

- Heç bir çətinliyim olmayıb.

- Qadınlar üçün mübarizənin və gücün simvolu olmaq necə bir hissdir?

- Həqiqətən, çətin bir peşədir. Biz gücümüzlə kişilərdən fərqlənmədiyimizi göstəririk. Qadınlara güc vermək, mübarizənin simvolu olmaq çox gözəl bir hissdir. Ümumiyyətlə, qadın və ya kişi - fərq etmir, insan şəxsiyyət olmalıdır.

- Ailəniz və yaxınlarınız idman karyeranızı necə dəstəkləyirlər?

- İlk gündən ailəm və yaxınlarım mənə dəstək olub. Hər çətinliyimdə onları yanımda görmüşəm. Hər addımımda arxamda olduqlarını bilirəm.

- İdmanla yanaşı, şəxsi həyatınızı necə idarə edirsiniz? Həm idmançı, həm də qadın olaraq balansı necə qoruyursunuz?

- Nə yalan deyim, məşqlərdən ailəmə, şəxsi həyatıma, əyləncəmə vaxt ayıra bilmirəm. Amma bu mənim üçün heç bir problem yaratmır. Çünki idmanı, peşəmi sevirəm. İdman etdikcə güc qazanıram, irəli getmək üçün daha da ruhlanıram.

Lakin vaxt tapdıqca ailəmlə rayonlara səyahət edirəm. Çünki bu mənə ən böyük istirahətdir.

- 8 Mart qadınların mübarizəsi və qələbələrini qeyd etdiyimiz bir gündür. Həm idmançı, həm də qadın olaraq bu günün sizin üçün xüsusi mənası nədir? Qadınlara nə deyərdiniz?

- 8 Martda qadınlara hədiyyə verildiyi üçün bu bayramı çox sevirəm. Çünki hər bir qadın hədiyyə almağı çox xoşlayır. Qadınlara ən böyük mesajım - şəxsiyyət olmaq üçün əllərindən gələni etsinlər. Çünki qadın və ya kişi - hər birimiz insanıq.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Bu gün, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Bu gün, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Bu gün, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Bu gün, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Bu gün, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Bu gün, 09:28

Gəncədə qaraçı qadın qıza yumuruq vurub - İDDİA

Bütün xəbərlər
Bu gün, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Bu gün, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
Dünən, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Bütün xəbərlər
Dünən, 15:26

Sentyabrın sonuncu günü Gəncədə yağışlı keçəcəyi gözlənilir

Bütün xəbərlər
Dünən, 14:56

Müəllimə şagirdinin valideynindən 65 min alıb qaytarmadı

Bütün xəbərlər
Dünən, 14:22

Gəncədə MMA və Grappling turniri keçirilib

Bütün xəbərlər
Dünən, 13:45

Gəncənin bir sıra küçələri səhər saatlarından işıqsız qalıb

Bütün xəbərlər
Dünən, 13:07

Kollecdən tələbə qız zorla qaçırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 11:36

Qarabağ uğrunda döyüşən ukraynalı pilot Şəmkirdə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:12

Azərbaycanda "Changan" maşınlarının sayı bir ildə 4 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 10:38

Ölkəmizdə bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib

Bütün xəbərlər
Dünən, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Dünən, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Oxşar xəbərlər