top
Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizin birinci ildönümüdür
13 sentyabr 2023, 12:30
- ↺ +

Erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizin birinci ildönümüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün erməni təxribatı zaman şəhid olan həmvətənlərimizin ildönümüdür.

12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvәlәri tərəfindən genişmiqyaslı təxribat baş tutub. Bu vaxt Azərbaycan ordusunun 80 nəfər hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb. Onlardan 4 nəfər Gəncədən olub: leytenant Erkin Hüseynov, gizir Asiman İmamverdiyev, əsgərlər Üzeyir Әliyev və Nihad Verdiyev. 

Erkin Ədalət oğlu Hüseynov 12 oktyabr 1998-ci ildə anadan olub. Ali təhsilini Bakı Dövlət Universitetində alıb. Leytenant Hüseynov 12 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhidlik zirvəsinə yüksəlib. 

Asiman Mehman oğlu İmamverdiyev 2 avqust 1988-ci ildə anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri Vətən müharibəsi veteranı idi. O, 12 sentyabr 2022-ci ildə Kəlbəcər rayonunda şəhidlik zirvəsinə ucalıb. 

Üzeyir Sabir oğlu Əliyev 24 fevral 1993-cü ildə Qızılqaya qəsəbəsində dünyaya gəlib. 2022-ci ilin sentyabr ayında düşmən təxribatının qarşısını alan zaman şəhid olub. 14 sentyabr tarixində nəşi Gəncəyə gətirilərək vida mərasimi keçirilib. Daha sonra Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunub. 

Üzeyir Əliyev I Qarabağ müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğlu idi.

Nihad Nicat oğlu Verdiyev 16 dekabr 2003-cü ildə Daşkəsən rayon Qaraqollar kəndində anadan olub. 2010-2021-ci illərdə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 109 saylı tam orta məktəbdə təhsil alıb. 

Vətən müharibəsi başlayan zaman könüllü iştirak barədə müraciət edib, lakin zərurət olmadığından və məktəbdə oxuduğu üçün orduya götürülməyib. 20 dekabr 2021-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət sonra könüllü şəkildə hərbi hissə rəhbərliyinə xidmətini "KOMANDO" Xüsusi Təyinatlı Qüvvələrində davam etdirməsi barədə müraciət edib. 2022-ci ilin sentyabrında erməni təxribatı zamanı döyüşlərdə iştirak edib. Burada Nihad Verdiyev və bir neçə döyüş yoldaşı şəhidlik zirvəsinə ucalıb. Neytral ərazidə qaldığı üçün şəhidimizin nəşi 3 gün sonra — 16 sentyabr tarixində ailəsinə təhvil verilib və elə həmin gün də Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Gəncə İH-də sektor müdiri işdən AYRILDI

Bütün xəbərlər
Bu gün, 17:34

Sabah Gəncədə 25 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 16:57

Xərçəngin qorxunc statistikası: 5 ildə 42% artıb

Bütün xəbərlər
Bu gün, 16:26

Bu şəxslərə pulsuz torpaq veriləcək

Bütün xəbərlər
Bu gün, 15:34

ATU-da üzgüçülük yarışının qalibləri müəyyənləşdi

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncədən kəndlərə gedən avtobuslar nə vaxt yenilənəcək?

Bütün xəbərlər
Bu gün, 14:23

Gəncədə tanınmış diş həkimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 13:11

Qadın onu yandıran ərini bağışladı

Bütün xəbərlər
Bu gün, 12:39

Gəncədə yerləşmə müəssisələrində MONİTORİNQ

Bütün xəbərlər
Bu gün, 11:25

Erməni həkimin qurbanı olan gəncəli sənətkarın anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:00

Tünzalə Ağayevanın 50 yaşı tamam oldu

Bütün xəbərlər
Bu gün, 10:28

Gəncəli şəhidin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:58

Cinsi yolla keçən infeksiyaya yoluxmuş gənclərin 95%-i kişilərdir

Bütün xəbərlər
Bu gün, 09:12

"Gəncəsayağı" TƏMİR: yolu qazıb getdilər

Bütün xəbərlər
Bu gün, 00:01

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Şəmkirli generalla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Bütün xəbərlər
Dünən, 17:00

Gəncə karateçiləri 8 medal QAZANDILAR

Bütün xəbərlər
Dünən, 16:34

Gəncədə küçələrdən birinə şəhid Rəhman Dünyamalıyevin adı verildi

Bütün xəbərlər
Dünən, 16:04

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

Bütün xəbərlər
Dünən, 15:52

Gəncədə Borçalı köçkünlərinin tikdiyi Qızılhacılı məscidi

Bütün xəbərlər
Dünən, 15:18

Gəncədə daha bir məhəllə AĞ GÜNƏ çıxdı

Bütün xəbərlər
Dünən, 14:44

Sabah yüksək dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:19

Gəncəçay çayının məcrası TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə oğlanların sayı qızları ÜSTƏLƏYİR

Oxşar xəbərlər