top
Ər arvadını döydü — TƏFƏRRÜAT
09 iyul 2025, 15:23
- +

Ər arvadını döydü — TƏFƏRRÜAT

 

Yevlax rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.аz-ın əldə etdiyi xəbərə görə, hadisə Yevlax rayonunun kəndlərindən birində baş verib.

Samux rayon sakini, 1977-ci il təvəllüdlü Bəhlulla kənddə yerləşən fərdi yaşayış evində arvadı Nərminə (adlar şərtidir – red.) ilə aralarında mübahisə yaranıb.

Şəxsi münasibətlər zəminində münaqişə zamanı təqsirləndirilən şəxs yumruqla arvadının sağ göz nahiyəsindən zərbələr vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, beş ildir zərərçəkmiş şəxs ilə ailə həyatı qurub:

“Bizim birgə nikahımızdan bir övladımız var. Nərminə ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü, səhər saat 7 radələrinə mən və yoldaşım işə getmək üçün hazırlaşdıq. İşə hazırlaşan zaman yoldaşımın evdə olan bir ədəd çörəyin yarısını mənə, yarısını isə qayınanama saxladığını gördüm. Bunu bildikdən sonra arvadıma öz iradımı bildirməyə başladım.

Bu zaman Nərminə mənə cavab qaytardı. Buna dözməyərək arvadımın sağ göz nahiyəsindən 1 dəfə yumruqla zərbə vurdum. Mübahisə zamanı qayınanam bizi aralaşdırmaq üçün araya girdi. Bundan sonra arvadım “102” xidmətinə zəng edərək bu barədə məlumat verdi”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs arvadı ilə barışıb. Zərərçəkmiş şəxs ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə müttəhim Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib.

Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:36

Gəncədə bu ərazinin sakinləri üfunətdən boğulur

Bütün xəbərlər
Dünən, 17:21

Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ

Bütün xəbərlər
Dünən, 16:04

Bu gün və sabah geomaqnit qasırğası olması ehtimalı var

Bizim fəxrimiz
Dünən, 15:25

Gəncənin əlcək ustaları Azərbaycan çempionatında uğur qazandılar

Bütün xəbərlər
Dünən, 14:51

Bu il 11 mindən çox adam sükan arxasında aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:16

Gəncə bulvarında 20 gündür yaşıllıqlar quruyur – İDDİA

Bütün xəbərlər
Dünən, 12:23

Gəncədə dosent 70-ci yaşında dünyaya gözlərini yumdu

Bütün xəbərlər
Dünən, 10:58

"Qar mağarası"na giriş bağlandı

Bütün xəbərlər
Dünən, 10:43

Ordumuzda neçə qadın xidmət edir?

Bütün xəbərlər
Dünən, 09:34

Gəncəçayda təmizlik işləri görülüb

Bütün xəbərlər
27 iyun 2026, 17:33

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Bütün xəbərlər
27 iyun 2026, 15:31

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Bütün xəbərlər
27 iyun 2026, 13:30

Sabah yağış kəsəcək - PROQNOZ

Bütün xəbərlər
27 iyun 2026, 11:27

GDU məzunu olan tanınmış pedaqoq vəfat edib

Bütün xəbərlər
27 iyun 2026, 10:00

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb

Bütün xəbərlər
26 iyun 2026, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bütün xəbərlər
25 iyun 2026, 16:41

MN-in şəhid hərbçiləri və mülki işçiləri ölümündən sonra təltif edildi - Siyahı

Bütün xəbərlər
25 iyun 2026, 16:01

Keçmiş kürəkənini bellə döydü, 7 min manat xərcə düşdü

Bütün xəbərlər
25 iyun 2026, 15:08

Gəncədə şəhid qızı universiteti qırmızı diplomla bitirdi - 35 yaşında

Bütün xəbərlər
25 iyun 2026, 12:19

Bu gün qısa iş günüdür

Bütün xəbərlər
25 iyun 2026, 11:00

"Repetitor yanına getməmişəm" - 400 bal toplayan gəncəli abituriyent

Bütün xəbərlər
25 iyun 2026, 09:32

"TIR" "Niva" ilə toqquşdu, ata ilə oğlu yaralandı

Bütün xəbərlər
24 iyun 2026, 16:32

Gəncədə "Məzun günü" keçirilib

Bütün xəbərlər
24 iyun 2026, 15:57

Gəncəli Milli Qəhrəmanın həyat yoldaşı bu suala əsəbiləşdi

Oxşar xəbərlər