Goranboy rayonunun Quşçular kəndində zəhərlənmə hadisəsi qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, kənd sakini, 22 yaşlı M.Namazova yaşadığı ünvanda qəbul etdiyi dərman həblərindən zəhərlənərək Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Xəstəyə ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir.