Müğənni Şəbnəm Tovuzlu qalmaqallı açıqlama verib.
Milli.аz xəbər verir ki, o, Əməkdar artistlə aralarında yaşanan gərginlikdən danışıb.
Tovuzlu mahnı ifa edəndə ona qışqıran sənətçi ilə dialoqu isə belə olub:
"Xalq artisti deyil, Əməkdar artistdir, qadındır. Onun cavabını gözəl şəkildə verdim. Kiçik ad günü məclisi idi, ifa edib yerimə keçəndə onu gördüm. Arxaya dönüb dedim ki, belə danışığınıza görə, durun bir segah oxuyaq. Dedi ki, nə əlaqə? Dedim, əlaqə odur ki, yerini bilsən daha yaxşıdır".