Gəncənin keçmiş icra başçısının qohumu intihar edib. Bu haqda 19 oktyabr tarixində Lent.az-a istinadən xəbər veririk.
Hadisə Yevlaxda baş verib. 33 yaşlı Nicat Əjdərli iş otağında özünə qəsd edib. Diş həkimi yaşadığı evin birinci mərtəbəsindəki stomatoloji kabinetdə qapıdan özünü asıb.
İntiharın başvermə səbəbi hələlik məlum deyil.
Bildirilir ki, Nicatın əmisi Hacı Valeh Mingəçevirdə yüksək vəzifəyə sahibidir. Mərhum, həmçinin Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qohumudur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Nicatın qardaşının bu günlərdə toyu olacaqdı.