top
Əl çəkin! GENCEXEBERdə xəbər silinmir!
06 mart 2026, 13:40
- ↺ +

Əl çəkin! "GENCEXEBER"də xəbər silinmir!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində
 mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm." 
Prezident İlham Əliyev

...Bilənlər üçün xatırladaq, bilməyənlər üçün bildirək: mətbuatı "dördüncü hakimiyyət" də adlandırırlar. Bu ibarənin kökləri 18-ci əsrə gedib çıxır və müəllifi barədə fərqli fikirlər mövcuddur. Amma necə olur olsun, bu, mətbuatın əhəmiyyətini və təsir gücünü əyani surətdə bəyan edir (yeri gəlmişkən, birinci hakimiyyət dedikdə qanunverici, ikinci dedikdə icraedici, üçüncü dedikdə isə məhkəmə hakimiyyəti nəzərdə tutulur). Bunun boş söz birləşməsi olmadığını tarix boyu baş verən hadisələr elə isbatlayıb ki, müasir dövrdə heç kimdə hər hansısa bir şübhə qalmayıb.

Ümummilli Lider Heydər Əliyevin "dördüncü hakimiyyət" haqqında söylədikləri isə zərgər dəqiqliyi ilə hər şeyi yerbəyer edir: "Mətbuat cəmiyyətin güzgüsüdür və elə buna görə də bu sahədə çalışan qələm sahibləri bütün fəaliyyətləri boyu həqiqəti, doğruçuluğu, düzgünlüyü və obyektivliyi başlıca meyar kimi qəbul etməli və buna əməl etməlidirlər".

Biz də "GENCEXEBER" olaraq Ulu Öndərin bu tövsiyəsindən yola çıxaraq fəaliyyətə başladığımız ilk gündən cəmiyyətimizin, məxsusi olaraq Gəncəbasarın güzgüsü olmağı, həmyerlilərimizə həqiqəti, obyektivliyi qoruyaraq çatdırmağı qarşımıza məqsəd qoymuşuq.

Buna nə dərəcədə nail olmuşuq?

Oxucularımızın bizə çoxsaylı müraciətləri, sosial şəbəkə hesablarımızdakı paylaşmalara baxış və şərh sayı bu suala tam dolğunluğu ilə cavab verir. Biz oxucularımıza bölgəmizdəki ən son hadisələr barədə xəbər çatdırmaqla yanaşı, həm də Gəncəbasarın qədim tarixindən, milli adət-ənənələrimizdən, gəncəbasarlıların müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, insanlarımızı narahat edən problemlərdən və çatışmazlıqlardan da söz açırıq. Elə bu sonda qeyd etdiyimiz də zaman-zaman bizi müxtəlif qurumların və şəxslərin nahaq qəzəbinə tuş gətirib. 

Düzdü, etiraf etmək lazımdır: hansısa dövlət qurumu və ya şəxsi müəssisə ilə bağlı vətəndaşların şikayətlərini işıqlandırdıqda əksərən bu yazımızdan nəticə çıxarılır, problem aradan qaldırılır, bizə geridönüş edilərək bu barədə məlumat verilir. Ancaq çox təəssüf ki, əks nümunələr də mövcuddur. Bəzən hansısa qurumun hansısa məmuru haqlı iradı həzm edə bilmir, qüsuru aradan qaldırmaq üçün sərf edilməli enerjisini fərqli səmtə yönəldir, redaksiyamıza müxtəlif vasitələrlə təsir göstərməyə cəhd edir.

Bu təsir də əsasən 3 istiqaməti əhatə edir:

1. Zəng gəlir – "filankəs mənim mamaoğlumdur, qadan alım, o xəbəri silin", "filankəs "Həsən ağanın" qohumudur, o xəbəri silin!", "Mən FİLANKƏSƏM eee, o xəbəri sildirəjəm onsuz da!" və s. və i.a.

2. Qaralama kampaniyasına başlanılır. Konkret şəxslərdən istifadə edilərək barəmizdə şər-böhtan kampaniyası başlanılır.

3. Bizə müraciət edən şikayətçiyə təzyiq göstərilir və onun vasitəsi ilə xəbəri sildirməyə çalışılır. 

Bütün bunlar çox yorucu və məyusedicidir. Zaman ötür, ancaq bəzi məmurların və iş adamlarının təfəkkürü dəyişmir ki dəyişmir.

Deyilənləri nəzərə alaraq "GENCEXEBER" özünə aşağıdakıları söyləməyi borc bilir.
Bu yazının səmimi qəbul olunmasını istərdik. "GENCEXEBER" ümid edir ki, "dördüncü hakimiyyət"ə təzyiq göstərmək istəyənlər özləri üçün bir nəticə çıxaracaq. Əgər rəhbərlik və ya təmsil etdiyiniz qurumun adının mətbuatda neqativ çalarlarla xatırlanmağını istəmirsinizsə, bunun çox sadə yolu var – öhdənizə düşən və icrasına görə aybaay dövlətdən məvacib aldığınız vəzifələri VİCDANLA yerinə yetirin!

Vəssalam!

Nə biz, nə sadə vətəndaşlar sizdən artığını tələb etmir. VİCDANLA!

Sonda isə daha bir məqam. Bizə müraciət edənlər bunu bilir. Onlara xatırlatma, bu kontekstdə müraciət etməyə hazırlaşanlara isə bildiriş: "GENCEXEBER"də xəbər silinməyib, silinmir və silinməyəcək!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Bu gün, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər