Gəncənin bir çox hissələrində küləyin fəsadları təhlükə vəziyyət yaradıb.
Gencexeber.az məlumat verir ki, Milli Hidrometeorologiya Xidmətinin etdiyi xəbərdarlığa uyğun olaraq Gəncənin bəzi ərazilərində güclü küləklə müşayiət olunan hava şəraiti hökm sürüb.
Artıq şəhərin bir neçə hissəsində ağacların budaqları qırılaraq yerə düşüb. Digər yerlərdə isə, o cümlədən Rafael İskəndərov küçəsində, ağaclar əyilərək təhlükə mənbəyinə çevrilib.