Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında gəncəli dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda "ustad dərsi" keçib.
Gencexeber.az bildirir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, "ustad dərsi"ndə İ.Qədimova uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb.
O, belə layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.