top
Dövlət büdcəsindən ayrılan pulu talayan keçmiş direktor kassasiya şikayəti verdi
19 may 2025, 10:07
- ↺ +

Dövlət büdcəsindən ayrılan pulu talayan keçmiş direktor kassasiya şikayəti verdi

 

Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Demokrat.аz xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.

İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib.

Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.

Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli mülki iddiaya (191 994,98 manat) aid hissə dəyişdirilib. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin mülki iddiası təmin оlunub. Ali Məhkəmənin hesabında saxlanılan 10 000 manat və Baş Prokurorluğun depozit hesabında saxlanılan 15 000 manat iş üzrə təmin olunmuş mülki iddiaya hesablanmaqla sözügedən Peşə Liseyinin hesabına köçürülməsi barədə qərar çıxarılıb.

Qərarda qeyd edilib ki, təqsirləndirilən şəxsdən 166 994,98 manat pul tutularaq Peşə Liseyinin hesabına köçürülsün. Mülki iddianın təmini məqsədi ilə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə T.Tanrıverdiyevin Tovuzdakı mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi və Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi və Tovuz rayonu Abulbəyli kəndindəki 0.2862 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Bu gün, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Bu gün, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Bu gün, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Oxşar xəbərlər