Daşkəsən rayon sakini 38 yaşlı Şöhrət Hümbətov sirkə turşusundan zəhərlənib.
Gencexeber.az-ın məlumatına əsasən, yaxınları ilk olaraq onu, Daşkəsən rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisələrindən birinə yerləşdirib.
Həkimlərin müdaxiləsi ilə adıçəkilən şəxsin həyatını xilas etmək mümkün olub. Hazırda isə vəziyyəti orta-ağırdır.