Gəncədə vəfat edən vəzifəli şəxsin yerinə təyinat olub. Bu haqda 11 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Burada Dövlət İdarələr və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının (DİİXİHİ) Gəncə Şəhər Komitəsinə yeni sədr seçilib. Tədbirdə icra başçısı Niyazi Bayramov, DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanov və komitə üzvləri iştirak ediblər.
Yığıncaqda şəhər rəhbərinin və Hikmət Osmanovun çıxışları olub. Daha sonra DİİXİHİ Gəncə şəhər Komitəsinin sədri vəzifəsinə Fərzəliyev Mahmud Hacı oğlunun namizədliyi irəli sürülüb. Təklif səsə qoyularaq qəbul olunub.
Toplantı iştirakçıları yeni sədri təbrik ediblər. Ona işlərində uğurlar arzulanıb.
Xatırladaq ki, bir neçə gün öncə DİİXİHİ Gəncə şəhər Komitəsinin sədrinin vəfat etməsi barədə xəbər vermişdik.