top
Cücələrim mahnısının bəstəkarı – Qəmbər Hüseynlinin anım günüdür
31 iyul 2026, 13:41
- ↺ +

"Cücələrim" mahnısının bəstəkarı – Qəmbər Hüseynlinin anım günüdür

Məşhur bəstəkarımız Qəmbər Hüseynlinin anım günüdür.

Gencexeber.az məlumat verir ki, Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncə şəhərinin Dördyol məhəlləsində anadan olub.

Qəmbər 1925-ci ildə Gəncədə birinci dərəcəli məktəbdə təhsil almağa başlayıb. O, 1927-ci ildə orta məktəbdə oxuyarkən, Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olub. 1929-1934-cü illərdə isə Gəncə pedaqoji texnikumunda təhsil alıb.

Qəmbər Hüseynli 1935-ci ildə Bakı Musiqi Texnikumunda violonçel ixtisasında təhsilini davam edib. Daha sonra məktəbin bəstəkarlıq şöbəsinə keçib. Onun ilk əsəri 1939-cu ildə Cəfər Cabbarlının sözlərinə yazdığı "Tellər oynadı" romans-mahnısı olub.

1939-cu ildə Qəmbər Hüseynli Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilib. O, burada bir il çalışıb, sonra yenidən Bakıya qayıdıb. Bir müddət sonra, Qəmbər "Sazçı Qızlar" ansamblının təşkilatçısı və bədii rəhbəri kimi fəaliyyətə başlayıb.

1944-ci ildə bəstəkar, Hüseyn Cavidi və Əhməd Cavadı müdafiə etdiyinə görə, sovet hakimiyyəti tərəfindən həbs edilib. Azadlığa çıxandan sonra, Qəmbər 1947-1951-ci illərdə Gəncə Dövlət Filarmoniyasına və Gəncə Dövlət Dram Teatrının musiqi hissəsinə rəhbərlik edib, teatr tamaşaları üçün musiqi yazıb.

Məşhur sənətkarın "Cücələrim" mahnısı dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Bu mahnı "Dünyanın ən yaxşı uşaq mahnıları" albomuna daxil edilib. "Cücələrim" Sovet cizgi filmi "Nu, poqodi!"nin bir bölümünə salınıb və Azərbaycan dilində səslənib.

Qəmbər Hüseynlinin ən məhşur əsərləri "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" sayılır. O,1961-ci ildə Azərbaycan SSR-in "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni ilə təltif edilib.

Qəmbər Hüseynlı ağır xəstəlikdən 31 iyul 1961-ci ildə (bəzi mənbələrdə 1 avqust) 45 yaşında Bakıda vəfat edib və Gəncədə dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Oxşar xəbərlər