Gəncədə baş verən yanğının təfərrüatları üzə çıxıb. Bu haqda 17 iyul tarixində Bizim.media-ya istinadən məlumat veririk.
Səhər saatlarında Yeni Gəncə yaşayış massivində yerləşən keçmiş Nizami rayon İcra Hakimiyyətinin binasında baş verən yanğın barədə xəbər paylaşmışdıq. İlkin məlumata əsasən, hadisə binanın 4-cü mərtəbəsində, Nizami bələdiyyəsinin yerləşdiyi yerdə başlayıb. Burada elektrik xətlərində qısaqapanma baş verib.
FHN-in Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi alovu söndürüb. Xəsarət alan yoxdur. 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Faktla bağlı araşdırmalar aparılır.
[modula id="40835"]