Gəncədə yanğın hadisəsi baş verib. Bu haqda 17 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Ləğv olunmuş Nizami rayon İcra Hakimiyyətinin binasında anidən yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.