top
Çay evinə apardığı sevgilisini yolda öldürmək istədi - Goranboyda dəhşət
11 mart 2026, 15:48
- ↺ +

Çay evinə apardığı sevgilisini yolda öldürmək istədi - Goranboyda dəhşət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Goranboy rayonunda 1997-ci il təvəllüdlü Azər sevgi münasibətində olduğu Aydanı (adlar şərtidir – red.) öldürməyə cəhd edib.

Demokrat.аz xəbər verir ki, hadisə 2024-cü ilin noyabrın 22-də Goranboy rayonunun Nərimanlı kəndində baş verib.

Lerik rayon sakini Azər həmin gün saat 12:30-da özünə məxsus "VAZ-2107" markalı avtomobili ilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aydanı işlədiyi Goran qəsəbəsində çay evinə aparıb.

Bu zaman aralarında mübahisə yaranıb. Azər Nərimanlı kəndinin ərazisində avtomobili saxlayıb. Aralarındakı mübahisə gərginləşdiyi üçün Aydanı öldürmək qərarına gəlib. O, avtomobildə saxladığı mətbəx bıçağını götürərək Aydanın baş və kürək nahiyələrindən çoxsaylı zərbələr vurub.

Aydan çağırılan təcili tibbi yardım avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında göstərilmiş ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edilib.

Azərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

İş üzrə şahid qismində dindirilən təqsirləndirilən şəxsin qanuni nümayəndəsi olan valideynin sözlərinə görə, Azər 5 yaşı olanda həyətdə yıxılıb və başı daşa dəyib, Dəfələrlə Lənkəran, Lerik rayonlarında və Respublika Psixiatriya Xəstəxanasında müalicə olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Bu gün, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Oxşar xəbərlər