top
Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür
27 may 2025, 12:56
- ↺ +

Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Bu gün Xalq şairi Səməd Vurğunun vəfatından 69 il ötür.

Gencexeber.az məlumat verir ki, Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd Vəkilov da var idi. O, 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
Dünən, 17:34

Meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 17:03

Gəncə kikboksçuları 16 ildən sonra BUNU BACARDILAR

Bütün xəbərlər
Dünən, 16:27

Sabah Gəncədə 27 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:08

Gəncədə zəncirvari qəza: piyadanı maşın vurdu

Bütün xəbərlər
Dünən, 13:49

Gəncədə yerləşmə müəssisələrində monitorinq keçirilib

Bütün xəbərlər
Dünən, 13:11

Bakı-Gəncə avtobusu Kürdəmirdə "Mercedes"ə çırpıldı

Bütün xəbərlər
Dünən, 12:26

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:33

Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən kişi TUTULUB

Bütün xəbərlər
Dünən, 10:24

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bütün xəbərlər
Dünən, 09:02

Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı

Bütün xəbərlər
Dünən, 00:40

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün xəbərlər
11 oktyabr 2026, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
11 oktyabr 2026, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
11 oktyabr 2026, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
10 oktyabr 2026, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
10 oktyabr 2026, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
10 oktyabr 2026, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
10 oktyabr 2026, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
10 oktyabr 2026, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
10 oktyabr 2026, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
10 oktyabr 2026, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
10 oktyabr 2026, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Oxşar xəbərlər