top
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
01 avqust 2026, 09:37
- ↺ +

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Gencexeber.az məlumat verir ki, həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılıb. Komissiyanın tərtib etdiyi yeni əlifba müstəqillik dövründə – 1992-ci ildə təsdiq edilib. 2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" Fərman imzalayıb.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində – Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. AXC-nin paytaxtı Gəncə olduğu dövrdə Parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərə baxılmırdı. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi Fərmanı da mövcuddur.

Sovet dövründə 1930-cu illərdə ana dilində dərsliklər yazıldı, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlandı. Bu prosesdə gəncəli Həmid Araslı kimi folklorşünas alimlərin əməyi olmuşdur. Lakin Azərbaycan dilinin hüquqi statusu barədə qərar keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasət nəticəsində qəbul edilmirdi. Əlifba sahəsində görülən işlər 1929-cu ildə latın qrafikasının tətbiqi ilə nəticələnsə də, 1940-cı ildə bu əlifba kiril qrafikası ilə əvəz edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:36

Ailəsinin faciəsinə səbəb olan kişinin sürücülük hüququ olmayıb

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncənin 18 il baş infeksionisti olan həkim dünyamızdan köçdü

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Bütün xəbərlər
21 noyabr 2026, 18:22

İmamzadə ziyarətgahının qarşısı zülmət qaranlıqdır

Bütün xəbərlər
21 noyabr 2026, 18:10

Gəncənin bu ərazisində bir sutkaya yaxındır işıq yoxdur

Bütün xəbərlər
21 noyabr 2026, 17:27

Gəncənin 43 bağçasında 4 mindən çox uşağa qayğı göstərilir

Oxşar xəbərlər