“Sabah”ın baş məşqçisi Gəncədə stadionun vəziyyətini şərh edib. Bu haqda 15 dekabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Heç-heçə ilə bitən “Kəpəz” - “Sabah” qarşılaşmasından sonra mətbuat konfransında çıxış edən “Sabah”ın baş məşqçisi Murad Musayev stadionun vəziyyətinin pis olduğunu deyib. O, bildirib ki, bu cür stadionda oynamaq insan həyatı üçün təhlükəlidir.
“Bu gün paltarlarımızı konteynerdə dəyişmişik. Müsbət hal meydanın ot örtüyüdür. Gəncədə futbol tarixi var. Amma nələrsə etmək lazımdır”, - deyə baş məşqçi fikir bildirib.