Gəncədə şirkətlərin birinin rəhbəri dəyişəcək. Bu haqda 26 aprel tarixində İqtisadiyyat.az-a istinadən məlumat veririk.
Söhbət "Azər-Avtonəqliyyat" ASC-dən gedir. Müəssisənin Direktorlar (müşahidə) şurasına yeni sədr seçiləcək. Bununla bağlı qərar 9 iyun tarixində ümumi yığıncaq zamanı qəbul ediləcək.
Tədbirdə, həmçinin qurumun 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyəti müzakirə və təsdiq olunacaq.