Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.
Gencexeber.az məlumat verir ki, aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə qərb bölgəsinin ən sevilən təamlarından biri olan xəngəlin hazırlanmasını təqdim edib.
Qeyd edək ki, Con 7 yemək kitabının müəllifidir. O, bir çox yemək proqramında aparıcılıq edib. Con kanallarında müntəzəm resept videoları yerləşdirir.