Gəncədə ticarət mərkəzlərindən biri ləğv oluna bilər. Bu haqda 24 oktyabr tarixində Baku.ws-ə istinadən məlumat veririk.
Bildirilir ki, "Gəncə Universam" QSC ləğv edilir. Bununla bağlı qərar QSC-nin 24 noyabr tarixində baş tutacaq növbədənkənar ümumi yığıncağında veriləcək.
İclasda cəmiyyətin ləğv edilməsi ilə yanaşı, müvafiq komissiyanın yaradılması və onun səlahiyyətlərinin müəyyənləşdirilməsi məsələləri də müzakirə olunacaq.