Gəncə təmsilçisi növbəti rəqibi ilə görüşəcək. Bu haqda 24 oktyabr tarixində Basketbol Federasiyasına istinadən xəbər veririk.
“Gəncə” basketbol klubu ilə “Sabah” klubu mübarizə aparacaqlar. Görüş Azərbaycan Basketbol Liqasının I turu çərçivəsində keçiriləcək.
Oyun 29 oktyabr saat 18:00-da Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Matç canlı olaraq, Basketbol Federasiyasının Youtube kanalında yayımlanacaq.