Bu gün basketbolçularımız növbəti rəqibləri ilə qarşılaşacaqlar. Bu haqda 23 mart tarixində basketbol klubuna istinadən məlumat veririk.
Oyun Azərbaycan Kuboku çərçivəsində baş tutacaq. “Gəncə BK” “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Sərhədçi PİK”ə qarşı oynayacaq. Matç bu gün, 23 mart saat 17:00-da təşkil olunacaq.
Qarşılaşma Azərbaycan Basketbol Federasiyasının “Youtube” kanalında canlı yayımlanacaq.