İyunun 2-i, 3-ü, 4-ü və 5-i tarixlərində Bakı-Gəncə reysinin standart sinif üzrə qatar biletləri qalmayıb.
Gencexeber.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata əsasən, mövcud olan biletlər birinci sinif üzrədir.
Həmin günlərdə isə biletlərin qiyməti 114-123.50 manat arasında dəyişir.
