Baş prokuror Gəncədə səfərdədir. Bu haqda 10 oktyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Kamran Əliyev öncə Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüb. Daha sonra prokuror Vətən müharibəsi zamanı erməni terroru nəticəsində dağılmış əraziyə baş çəkib. O, “Qələbə” parkında Memorial Kompleksi ziyarət edib, ərazi ilə tanış olub. Orada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül dəstəsi düzüb.
Baş prokurora Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, nəticədə şəhərin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.