Gəncədə müharibə veteranı vəfat edib. Bu haqda 9 oktyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
101 yaşlı Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov dünyasını dəyişib.
Tofiq Paşa oğlu Hüseynov 1922-ci ilin fevral ayında Gəncədə anadan olub. 1941-ci ildə 18 yaşında ikən Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. O, xidməti dövründə 20 medalla təltif olunub.
Uzun müddət Gəncə şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.