top
Azərbaycanda cinayət törədən qadınların sayı ARTIB
13 avqust 2026, 16:38
- ↺ +

Azərbaycanda cinayət törədən qadınların sayı ARTIB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ildə Azərbaycanda cinayət törətmiş şəxslərin sayı 21 min 31 nəfər olub. 2024-cü ildə bu göstərici 22 min 485 nəfər təşkil edib. Beləliklə, bir il ərzində cinayət törətmiş şəxslərin sayı 1454 nəfər və ya 6,5 faiz azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə cinayət törətmiş şəxslərin 19 min 694 nəfəri kişi, 1337 nəfəri qadın olub.
Əvvəlki illə müqayisədə cinayət törətmiş kişilərin sayı 1556 nəfər və ya 7,3 faiz azalıb. Qadınların sayı isə 102 nəfər və ya 8,3 faiz artıb. Ümumilikdə, cinayət törətmiş şəxslərin 93,6 faizini kişilər, 6,4 faizini qadınlar təşkil edib.

Yaş qrupları üzrə ən yüksək göstərici 30 yaş və yuxarı şəxslər arasında qeydə alınıb. 2025-ci ildə cinayət törətmiş şəxslərin 2809 nəfəri 25-29, 2294 nəfəri 18-24, 344 nəfəri 16-17, 134 nəfəri isə 14-15 yaş qrupuna aid olub.

Məşğulluq vəziyyətinə görə, cinayət törətmiş şəxslərin 10 min 856 nəfərini əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlar təşkil edib. Bu kateqoriya üzrə göstərici bir il ərzində 1654 nəfər və ya 13,2 faiz azalıb.

Cinayət törətmiş şəxslər arasında digər məşğulluq növləri üzrə çalışanların sayı 8591, fəhlələrin sayı 878, qulluqçuların sayı isə 421 nəfər olub. Bundan başqa, 219 sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 28 təhsil alan, 24 kənd təsərrüfatı işçisi, 8 maliyyə-kredit və bank işçisi, eləcə də 6 dövlət idarəçiliyi sistemində çalışan şəxs cinayət törədib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə təmizlik işləri görülüb

Bütün xəbərlər
Dünən, 17:22

Bu il 300-dən çox pensiyaçı evlənib - Rəsmi

Bütün xəbərlər
Dünən, 16:45

Gəncədə məhəllələr abadlaşacaq, yollar təmir olunacaq… – İcra Hakimiyyəti

Bütün xəbərlər
Dünən, 16:15

Abbas Bağırov niyə toylara baha gedir? – Müğənni səbəbini açıqladı

Bütün xəbərlər
Dünən, 15:14

Bir ailənin altı üzvü maşınla körpüdən aşdı, ailə başçısı öldü – YENİLƏNİB

Bütün xəbərlər
Dünən, 14:06

Gəncədə daha bir qəza, bu dəfə üç maşın...

Bütün xəbərlər
Dünən, 11:57

Gəncədə avtobus maşının üzərinə sürdü – QƏZA

Bütün xəbərlər
Dünən, 11:53

İki il altı ay erməni əsirliyində olmuş qazi vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:42

Qadın sürücülərin sayı artır

Bütün xəbərlər
Dünən, 11:07

Gəncədə uşaqlar bu "yolla" məktəbə gedir…

Bütün xəbərlər
Dünən, 10:43

Çarli Çaplinin ifa etdiyi gəncəlinin "Cücələrim" əsəri

Bütün xəbərlər
Dünən, 10:13

Ailə üzvləri həbsdə olan qız "TikTok"da canlı yayım açdı - qardaşı BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:38

Gəncədə ödənişsiz tədris qruplarına qəbul elan edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatda 160-la özünün də, digər ailənin üç üzvünün də ölümünə səbəb oldu…

Bütün xəbərlər
22 noyabr 2026, 17:05

İmamzadəyə aparan yol ayın sonunadək işıqlandırılacaq

Bütün xəbərlər
22 noyabr 2026, 16:12

Gəncənin mərkəzində "Üstü bəzək, altı təzək" bina

Bütün xəbərlər
22 noyabr 2026, 15:02

Gəncə gimnastları 12 medal qazandılar

Bütün xəbərlər
22 noyabr 2026, 14:32

Qobustanın qayaüstü rəsmlərini ilk araşdıran arxeoloq gəncəli idi

Bütün xəbərlər
22 noyabr 2026, 09:13

Sakin: "Turistlər sanitar qovşağından baş götürüb GETDİLƏR"

Bütün xəbərlər
21 noyabr 2026, 18:22

İmamzadə ziyarətgahının qarşısı zülmət qaranlıqdır

Bütün xəbərlər
21 noyabr 2026, 18:10

Gəncənin bu ərazisində bir sutkaya yaxındır işıq yoxdur

Bütün xəbərlər
21 noyabr 2026, 17:27

Gəncənin 43 bağçasında 4 mindən çox uşağa qayğı göstərilir

Bütün xəbərlər
21 noyabr 2026, 16:58

Gəncədə sabah güclü külək əsəscək

Bütün xəbərlər
21 noyabr 2026, 16:28

Gəncə avtomobil zavodu texnikalarını nümayiş etdirib

Oxşar xəbərlər