Gəncədə tələbə adını yeni qazanmış gənclərlə tanışlıq olacaq. Bu haqda 8 sentyabr tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetində 14 sentyabr tarixində saat 11:00-da Universitetə yeni qəbul olan tələbələrlə görüş keçiriləcək. Görüşdə gənclərə universitetin tarixi haqqında, tədris prosesi, kredit sistemi, tələbə təşkilatları, təqaüd proqramları və digər məsələlər barədə məlumat veriləcək.