top
Ata evdə yatmağa icazə verməyən oğlunu döydü
27 mart 2026, 11:01
- ↺ +

Ata evdə yatmağa icazə verməyən oğlunu döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ata-oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.аz xəbər verir ki, hadisə ötən ilin oktyabrın 15-də Tovuz rayonunun kəndlərindən birində baş verib. 1967-ci il təvəllüdlü Məmməd yaşadığı evində oğlu Elməddin (adlar şərtidir – red.) tərəfindən sifət və bədənin müxtəlif nahiyələrinə dəmir su qabı ilə vurulub. 

Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oğlu Elməddin, gəlini Vüsalə və həyat yoldaşı Sevda ilə birlikdə yaşayır:

"Oğlum Elməddin ilə bir evdə yaşasam da, aramızda bir neçə dəfə mübahisə olub. Yaşadığım evdən başqa həyətdə yardımçı tikili var. Həmin yardımçı tikilidə yaşayıram. Yatdığım otaqda istilik sistemi olmadığı üçün soyuq olur. Evdə yatmaq istəsəm də, oğlum mənə həmin evdə yatmağa icazə vermir. Mən də söz-söhbət olmasın deyə həyətdə olan yardımçı tikilidə yaşayıram". 

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 15-də, gecə saat 1 radələrində oğlu Elməddinin yataq otağından səs gəldiyini eşidib: "Onların yataq otağına getdim. Otağa daxil olan zaman gəlinim ilə azyaşlı nəvəmin ağladığını gördüm. Elməddindən nə baş verdiyini soruşdum. Elməddin otaqdan çıxmağımı dedi. Nəvəmi otaqdan götürərək çıxdım. Üzərindən 5 dəqiqə keçdikdən sonra Elməddinin sözləri mənə pis təsir etdi. Elməddindən nə üçün məni otaqdan qovduğunu soruşdum. O, yenidən mənə kobud cavab verən zaman aramızda mübahisə yarandı".

Tovuz Rayon Məhkəməsində baxılan cinayət işi zamanı məlum olub ki, təqsirləndirilən şəxs oğlu ilə barışıb, ona qarşı şikayətini geri götürüb. 
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Bu gün, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Bu gün, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Bu gün, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Bu gün, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Bu gün, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Bu gün, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Bu gün, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Bu gün, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Bu gün, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
Dünən, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
Dünən, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
Dünən, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
Dünən, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
Dünən, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
Dünən, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Bütün xəbərlər
Dünən, 15:35

Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Bütün xəbərlər
Dünən, 15:29

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Dünən, 15:23

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Dünən, 14:48

Gəncədə 4 nəfərlik ailənin aylıq xərcləri nə qədərdir?

Bütün xəbərlər
Dünən, 14:36

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Bütün xəbərlər
Dünən, 14:04

Bayram günləri üçün geomaqnit hava proqnozu açıqlandı

Bütün xəbərlər
Dünən, 13:31

Ötən ilin fevralından 16 ailə yaxınlarının orqanlarının köçürülməsinə icazə verib

Bütün xəbərlər
Dünən, 12:52

Gəncədə dirək tamamilə əyilib – Aidiyyəti qurum nəyi gözləyir?

Bütün xəbərlər
Dünən, 12:25

Taksi sürücüləri üçün gəlirə əsaslanan yeni vergi MODELİ

Oxşar xəbərlər