top
Arvadını döyən kişi Gəncədəki evini gecələr tərk edə bilməyəcək
13 fevral 2026, 11:02
- ↺ +

Arvadını döyən kişi Gəncədəki evini gecələr tərk edə bilməyəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1991-ci il təvəllüdlü Aqil həyat yoldaşı Sevilə (adlar şərtidir) xəsarət yetirib.

Demokrat.аz xəbər verir ki, hadisə Daşkəsən rayonunun kəndlərindən birində baş verib. Aqil birgə yaşadıqları evin həyətində həyat yoldaşı Sevil ilə mübahisə edib. Mübahisə zamanı Sevilin ağız nahiyəsindən, həmçinin bədəninin müxtəlif nahiyələrindən yumruqla vurub. Nəticədə ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə birlikdə Daşkəsən rayonunun kəndində yaşayır:

"Sevil ilə 14 ildir ki, ailə həyatı qurmuşam. Birgə nikahımızdan üç uşağımız anadan olub. Həyat yoldaşım evdar xanımdır. Hadisə baş verməzdən təqribən bir həftə əvvəl qohumlarımız bizə qonaq gəldi. Mən evdə olan müddətdə birlikdə rayon ərazisinə gəzmək üçün getdik". 

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü işi olduğundan arvadı qohumları ilə gəzməyə tək gedib: "Evə qayıdan zaman evin qapısının bağlı olduğunu və açarın da həmişəki yerdə olmadığını gördüm. Evin həyətində olan zaman arvadım qohumlarım ilə birlikdə evə gəldi. Arvadımdan təklikdə olan zaman açarı niyə mənim üçün saxlamadığını soruşdum. O isə açarın həmişəki yerdə olduğunu dedi. Bu səbəbdən yaşadığımız evin həyətində mübahisəmiz yarandı. Mübahisə zamanı arvadım mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim, onun ağız nahiyəsindən yumruqla, həmçinin bədəninin müxtəlif nahiyələrindən şillə, yumruqla vurdum".

Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Aqil 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 

Bundan başqa, ona həmin dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və yaşayış yerini dəyişməmək tapşırılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
Dünən, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
Dünən, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
Dünən, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
Dünən, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
Dünən, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
Dünən, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
Dünən, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
Dünən, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
Dünən, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
Dünən, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
Dünən, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
Dünən, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 09:09

Gəncədə qaraçılar özlərini maşınların qarşısına atırlar – ŞİKAYƏT

Cəmiyyət
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:00

Ötən il Gəncədə 982 qız, 1182 oğlan dünyaya gəlib

Bütün xəbərlər
06 noyabr 2026, 16:48

Gəncədə "Hyundai" və yük maşını toqquşub

Bütün xəbərlər
06 noyabr 2026, 16:22

ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Bütün xəbərlər
06 noyabr 2026, 16:20

Gəncədəki qəsəbələrdə zibil əlindən tərpənmək olmur - ŞİKAYƏT

Bütün xəbərlər
06 noyabr 2026, 15:51

"Kəpəz"in nigeriyalı futbolçusu: Avrokuboklara vəsiqə qazanmaq ehtimalını istisna etmirik

Bütün xəbərlər
06 noyabr 2026, 15:43

Gəncə Avtomobil Zavodunda Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

Bütün xəbərlər
06 noyabr 2026, 15:38

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib

Oxşar xəbərlər