Bir neçə gün öncə döyülərək öldürülürdüyü iddia olunan 11-ci sinif şagirdi Elgün İbrahimovun yaxınları açıqlama veriblər.
Gencexeber.az-a danışan yaxınları bu hadisəni törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunmasını istəyir.
“Biz susmayacayıq. Bütün Gəncə arxamızdadır. Mərhumun anası danışa bilmir. Kimin uşağını o vəziyyətə salsalar, danışa bilməz” – Elgün İbrahimovun dayısının həyat yoldaşı Samirə Zeynalova bildirib.
Mərhumun qohumları sosial şəbəkələrdə cinayəti törədənlərin tapılması istiqamətində keçirilən aksiyanı da dəstəklədiklərini bildiriblər.