Gəncədə idman tədbiri keçiriləcək. Bu haqda 16 oktyabr tarixində Azərbaycan Güləş Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş məşqçilərinin ümumrespublika seminarı baş tutacaq. Tədbir 17 oktyabr tarixində təşkil olunacaq. Burada AGF-nin məşqçi və hakimlərdən ibarət heyəti nəzəri və praktiki təlimlər keçəcək.
Məqsəd bu sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, o cümlədən yarışlar zamanı məşqçilərin davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır.