top
Adil İsgəndərovun dəfnindən yayılan şayiələrə nöqtə – Ailə üzvündən açıqlama - FOTO
07 may 2025, 12:56
- ↺ +

Adil İsgəndərovun dəfnindən yayılan şayiələrə nöqtə – Ailə üzvündən açıqlama - FOTO

 

“Adil əmimin 2 qızı var. Böyük qızı artıq 15 il olar ki, ailəsi ilə birlikdə Almaniyada yaşayır. Digər qızı da Bakıdadır. Yaşlıdır, səhhəti bir o qədər də yaxşı deyil. Ona görə də atası haqda müsahibə vermir, jurnalistlərlə görüşmür”

Bunu moderator.аz-a açıqlamasında görkəmli sənətkar, aktyor, rejissor Adil İsgəndərovun qardaşı oğlu Asəf İsgəndərov deyib. O, daha sonra əlavə edib:

“Adil əmim böyük qardaş olub. Əmimi mən əmi kimi xatırlayıram. Onun sənəti haqda heç bir söz deyə bilmərəm. Bunu onun yetişdirdiyi tələbələr, sənətkarlar deyə bilər. Mən Gəncədə olanda Adil əmi gəlib bizlə maraqlanırdı, söhbət edirdi. Ünsiyyətimiz bir o qədər də yaxın olmasa da, əmi və qardaş oğlu kimi münasibətimiz pis olmayıb. Adil əmim 23 yaşından sonra Gəncədən Bakıya köçüb, gedib təhsilini Moskvada davam etdirib. Əmimlə sonuncu görüşüm 1965-ci ildə olub. Mən o zaman universiteti bitirmişdim. Bir də nənəm, yəni Adil əmimin anası rəhmətə gedəndə onu görmüşəm. Bir dəfə məndən soruşdu ki, harada oxuyursan? Dedim ki, biologiyanı bitirmişəm. Hər zaman da teatr, kino sənətini sevmişəm. Öz-özümdə müzakirələr aparmışam. Ona sual verdim ki, Adil əmi, bu rolu Məlik Dadaşov daha yaxşı oynayardı yoxsa sən?.. Ona çox sual verdiyimi gördü… Ola bilsin ki, öz-özünə fikirləşirdi ki, sən hələ o səviyyədə deyilsən ki, mənə belə suallar verirsən... Mən belə başa düşdüm. Adil əmi mənə dedi ki, qadam, bəlkə sən sənətini dəyişib, incəsənət sahəsinə gələsən? Belə deməklə o sualdan yayındı. Adil əmim sənətkara qiymət verən idi. Həmin sənətkarla münasibəti olmasa da, danışmasa da bir dəfə də olsun ona pislik etməzdi. Mən eşidirdim ki, deyir ki, mənim rolumu verin filankəsə. Mehdi Məmmədovla, Ələsgər Ələkbərovla, Yusif Vəliyevlə aralarında soyuqluq yaransa da, ən böyük qiyməti Adil əmim onlara verib. Böyük qardaşıma bir dəfə demişdi ki, deyəsən Asəfdən bir şey çıxacaq. Çünki o eşitmişdi ki, mən universitetdən sonra aspirantura pilləsinə daxil olmuşam və Bakıda oxuyuram. O, özü də sevinmişdi. Çünki mən Adil əmimə heç vaxt əziyyət verməmişəm. Hətta Bakıya gələndə belə kirayədə qalıb, ona heç nə bildirməmişəm. Görünür, bu hərəkətim onun çox xoşuna gəlib”.

Asəf İsgəndərov daha sonra əmisinin gizlin dəfn olunması ilə bağlı xəbərləri yalanlayıb.

“Xeyr, bu xəbərlərin hamısı yalandır. 1978-ci ildə Brejnev Bakıya gəlmişdi. Bütün yollar bağlı idi. Mən də Gəncəyə getmişdim. Çatanda bildim ki, Adil əmim rəhmətə gedib. Elə həmin dəqiqə də Bakıya qayıtdım. İncəsənət muzeyinin yanında düşüb, dəfnə çatdım. Bütün yollar bağlı idi. Amma polislər eşidəndə ki, Adil müəllimin cənazəsidir, maşınları kənara edib, yolu açırdılar”, - sənətkarın qohumu deyib.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Oxşar xəbərlər