Gəncədə “ATS Food”dan olan nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Bu haqda 13 oktyabr tarixində ADAU-ya istinadən xəbər veririk.
“ATS Food” MMC-nin nümayəndə heyəti ADAU-nun qonağı olub. Onlar qarşılıqlı əməkdaşlıq perspektivləri, məzunların işlə təmin olunması, tələbələrin təcrübə imkanlarının genişləndirilməsi və digər məsələləri müzakirə ediblər.
Tədbirdə iştirak edən universitetin rektoru Zəfər Qurbanov təhsil müəssisəsinin əsas məqsədinin dayanıqlı kənd təsərrüfatı mütəxəssisi hazırlamaq olduğunu və müasir laboratoriyalar, təcrübə imkanları və şəffaf təhsil sistemi barədə də danışıb. Burada, həmçinin “ATS Food”un icraçı direktoru Tural Hacıyev MMC-nin fəaliyyət istiqamətləri və imkanlarından bəhs edib.
Sonda “ATS Food” MMC ilə ADAU arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.