top
7-8 kiloluq quzuları niyə kəsirlər?
11 avqust 2026, 14:38
- ↺ +

7-8 kiloluq quzuları niyə kəsirlər?

Son dövrlərdə körpə quzuların aşağı çəkidə kəsilərək satışa çıxarılması heyvandarlıqla məşğul olan sahibkarlar arasında narahatlıq yaradan məsələlərdən birinə çevrilib. Belə ki, sahibkarlar bildirirlər ki, quzuların 7-8-9 kiloqram çəkidə kəsilməsi həm təsərrüfatların əldə edə biləcəyi gəlirin azalmasına, həm də heyvandarlığın gələcək inkişafına mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlıdanışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, bu məsələyə emosional deyil, iqtisadi və təsərrüfat baxımından yanaşmaq lazımdır.

Onun sözlərinə görə, söhbət 7-8 kiloqramlıq deyil, təmiz çəkisi 9-10 kiloqram olan quzulardan gedir:

"Bu da diri çəkidə təxminən 16-17 kiloqram edir. Bu quzuların kəsilməsi Azərbaycanda yem çatışmazlığı ilə bağlıdır. Azərbaycanda yem təminatı ilə bağlı ciddi problem var. Belə olan halda heyvanlar çəki almır, əksinə arıqlayır. Quzular südəmər dövrdə və az miqdarda yemlə qısa müddətdə yüksək çəki əldə edir. Sonrakı mərhələdə isə həm fiziki durumunu saxlamaq, həm də ət çəkisini artırmaq üçün daha çox yem tələb olunur".

"Əvvəllər də 9-10 kiloqram təmiz çəkidə quzular kəsilirdi və buna geniş tələbat var idi. Hətta imkanlı şəxslər, oliqarx məmurlar daha çox məhz 8-10 kiloqramlıq quzu ətinə üstünlük verirdilər. Çünki bu ətin kiloqramı 25-30 manat arasında satılırdı.

Bəzən bu mövzu elə təqdim edilir ki, guya quzunun bu yaşda kəsilməsi düzgün deyil. Bu, manipulyasiyadır və yanlış yanaşmadır. Heyvandarlıqla məşğul olan insanlar heç də qəddar deyillər. Onlar saxladıqları heyvanlara böyük qayğı göstərirlər, onları özlərinə əziz bilirlər. Sadəcə məcburiyyət qarşısında qalaraq kəsimə verirlər. Çünki satılan quzunun hesabına qalan heyvanların yemini təmin edirlər və yeni heyvan alırlar. İndiki şəraitdə vəziyyət həqiqətən çox çətindir", - deyə ekspert bildirib.

Mənbə: modern.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Dünən, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Dünən, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Oxşar xəbərlər