Ağstafada 59 yaşlı qadını maşın vuraraq öldürüb.
Unikal.аz xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsi ərazisində baş verib.
“VAZ" markalı avtomobil yolu keçmək istəyən 59 yaşlı T.Əliyevanı vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.