Şəmkir rayonunda bədbəxt hadisə baş verib.
Gencexeber.az-ın məlumatına görə, rayonun Abbaslı kənd sakini, 1961-ci il təvəllüdlü A.Məmmədov yaşadığı evin qarşısında lampanı dəyişmək istəyən zaman nərdivandan yıxılıb.
Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.