Şəmkirdə intihar olub.
Gencexeber.az-ın məlumatına görə, hadisə rayonun Dəllər Daşbulaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü E.Əmraslanovun yaşadığı evdən asılmış meyiti tapılıb.
Onun hansı səbəbdən intihar etməsi məlum deyil.
Hadisə yerinə prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.